Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə şagird və müəllimlərin olduğu avtobus dərəyə aşıb, 11 yaralı - YENİLƏNİB

Şəkidə şagird və müəllimlərin olduğu avtobus dərəyə aşıb, 11 yaralı - YENİLƏNİB

Tarix: 5 Iyun 2022 19:48

19:46

Şəki şəhərində "İsuzu" markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

19:12

Şəki şəhərində avtobus aşması zamanı xəsarət alan 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə ƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilir ki, vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. 1 nəfərə isə Bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı dizaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

17:55

Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, avtobusu idarə edən şəxs Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.

Eyyar Əhmədovun idarə etdiyi "İsuzu" markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Milli.Az


Etiketlər:  Şəkidə şagird müəllimlərin olduğu avtobus dərəyə aşıb 11 yaralı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ