Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 17:28
Zədəsi səbəbindən sabah Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sevilya” ilə matçı buraxacaq “Qarabağ”ın hücumçusu Mahir Emrelinin yaşıl meydana nə vaxt qayıdacağı təxmini müəyyənləşib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, gənc futbolçu iki həftə oynaya bilməyəcək. Bu səbəbdən Emreli sabahkı “Sevilya” matçı ilə yanaşı Azərbaycan Premyer Liqasının 5-ci turunun “Zirə” – “Qarabağ”, 6-cı turun “Qarabağ” – “Sumqayıt” matçlarını buraxacaq. Emrelinin Avropa Liqasının ikinci turunun oktyabrın 3-də keçiriləcək “Düdelanj” (Lüksemburq) – “Qarabağ” görüşündə iştirak etməyəcəyi də istisna olunmur.
Xatırladaq ki, M.Emreli Premyer Liqanın ötən şənbə “Neftçi”yə qarşı görüşündə zədə alıb.