Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kalium mübadiləsinin pozulması

Kalium mübadiləsinin pozulması

Tarix: 7 Iyun 2022 08:03

Kalium orqanizmin əsas hüceyrələrinin daxili kationudur. Hüceyrələrdə onun qatılığı 110-150mmol/l olur. Orqanizmdə kaliumun ümumi miqdrı 150-180 qramdır. Onun 65%-ə qədəri əzələlərdə olur.
Kalium hüceyrələrdən kənar mayelərdə natriuma nisbətən 28 dəfə az, hüceyrədaxili mayelərdə isə 20 dəfə çox olur. İnsan qida maddələrinin tərkibində gün ərzində 4 qrama qədər kalium qəbul edir. Hər gün eyni miqdarda kalium sidik vasitəsilə orqanizmdən xaric edilir. Kalium balansının pozğunluqları orqanizmdə müxtəlif patologiyaların əmələ gəlməsinə səbəb olur.
Kalim mübadiləsinin pozulmaları hipokaliemiya və hiperkaliemiya şəklində özünü biruzə verir. İshal, qusma, sidikqovucu dərmanların uzun müddət istifadəsi orqanizmdən kaliumun azalmasına səbəb olur. Hipokaliemiya hüceyrələrdə də kaliumun miqdarının azalmasına səbəb olur. Belə olan hallarda sinir-əzələ oyanıqlığı pozulur, əzələ zəifliyi, mədənin və bağırsaqların hərəki funksiyasının pozulması, damar tonusunun zəifləməsi müşahidə edilir.
Hipokaliemiya ürək-damar sisteminin müxtəlif patologiyalarına səbəb olur (ürək əzələsinin energetik-dinamik çatışmazlığı).
Hiperkaliemiya çox vaxt kaliumla zəngin qidaların həddindən artıq qəbulu və ya kalium preparatları qəbulu ilə əlaqədar olur. Hiperkaliemiya ağırlıq dərəcəsindən asılı olaraq ürək əzələsində funksional pozulmalara səbəb olur. Bu zaman taxikardiya, aritmiya və hətta kollaps müşahidə edilir. Qanda kaliumun miqdarı 13mmol/l-dən (50mq%)yuxarı olduqda ürək diastola vəziyyətində dayanır.


Etiketlər:  Kalium mübadiləsinin pozulması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ