Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2022 18:54
2022-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 6 milyard dollara bərabər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin may ayında Türkiyə 1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 2,8 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 14,6 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.