Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kulebadan Lavrova - Cavab

Kulebadan Lavrova - Cavab

Tarix: 8 Iyun 2022 22:10

"Bu, Rusiyanın diplomatiyaya deyil, müharibəyə fokuslandığını sübut edir".

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.

"Rusiya deyir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin 24 fevraldan əvvəlki xəttin arxasına çəkilmələri tələbi "ciddi deyil". Bu, Rusiyanın diplomatiyaya deyil, müharibəyə fokuslandığını sübut edir və dünyaya aydın mesaj göndərir: Rusiyanın danışıqlar masasına gedən yolu döyüş meydanında məğlubiyyətindən keçir", - Kuleba qeyd edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putin və Zelenski arasında görüşün perspektivləri barədə danışarkən deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski görüş xətrinə görüş istəyir, ilk növbədə danışıqlarda iştirak edən komandanın öz işini bərpa etməsi lazımdır.


Etiketlər:  Kulebadan Lavrova Cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ