Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 12:25
"Test imtahanlarında fəlakətlər baş verir. Deyirlər, niyə 400-500 bal toplamadın?".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva deyib. Video paylaşan sənətçi bildirib ki, valideynlər övladlarının üstünə çox getməməlidir:
"Bu uşağın canından əl çəkin. Heç soruşursunuz, ay uşaq, özünü necə hiss edirsən? Yazıq gecə-gündüz hazırlıqlarda ölür. Bəli, çalışmalıdır. Amma o az bal toplayıbsa, gözləntini qarşılamayıbsa, özünü asmalıdır? Bu, faciədir. Biz dayanmalıyıq, uşaqların üstünə getməməliyik".