Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın və Azərbaycanın yaşıllıq imtahanı - nəfəsimizi niyə kəsirik?

Dünyanın və Azərbaycanın yaşıllıq imtahanı - nəfəsimizi niyə kəsirik?

Tarix: 9 Iyun 2022 16:46

Beynəlxalq Səhiyyə Təşkilatının qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10%-dən az hissəsini təşkil edirsə, bu, aşağı göstərici, 40-60% hissəsini təşkil edərsə, yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 m2-dən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb.

Bəs Bakı şəhərində yaşıllıqların sayı niyə bu qədər azdır? "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları"nda nələr deyilir? Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir. Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər. Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər. Bir adama düşən yaşıllıq sahəsi isə iri şəhərlərdə 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7, kiçik şəhərlərdə 8, qəsəbədə 8, kənddə isə 12 kvadratmetrdir. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

Bir adama düşən yaşıllıq norması nə qədərdir?

Bundan başqa, ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələndirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır. Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

Yaşıllıq sahəsi şəhərin 10 faizdən az hissəsini təşkil edirsə...

Hazırda iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə qədər artacağı ehtimal olunur. Bu səbəbdən qabaqcıl dünya ölkələri beynəlxalq təşkilatların da dəstəyi ilə artan şəhərləşmənin yol açacağı ekoloji, demoqrafik və digər problemlərin qarşısını almaq üçün iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan dayanıqlı inkişaf modellərini tətbiq etməyə çalışır.

Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 kvadrat metrdən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb. Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) məlumatına görə isə dünya təcrübəsində adi şəhərdə adambaşına düşən yaşıllıq sahəsi təxminən 25 kvadrat metr olmalıdır, paytaxt şəhərlərdə bu göstərici 15 kvadratmetr ola bilər.

Bu məsələlər Nazirlər Kabinetinin 5 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarı ilə tənzimlənir. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının tətbiqi ilə bağlı Nazirlər Kabineti müvafiq qərarlar qəbul edir.

Bu qaydalarda yaşıllıq norması, yaşıllıq faizi kimi anlayışlar müəyyən olunub. Həmin qaydalara görə, yaşıllıq norması bir adama düşən yaşıllıq sahəsidir. Yaşıllıq faizi isə yaşıllıq salınması üçün nəzərdə tutulan sahənin tikinti üçün ayrılmış əraziyə nisbətidir. Bundan başqa, bu qaydalarda ümumi istifadədə olan yaşıllıqlar, məhdud istifadəli yaşıllıqlar, xüsusi təyinatlı yaşıllıqlar kimi yaşıllığın bir neçə növləri də müəyyən olunub.

Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən isə yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini əhatə etməlidir.

Qaydalarda şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üçün ümumi istifadədə olan yaşıllıqların norması, yəni bir adama düşən yaşıllıq sahələri müəyyən olunub.

Ekspertlərin araşdırmasına görə, Azərbaycanda tullantıların çox, yaşıllıqlarının isə az olması səbəbindən xəstəlik çox yayılıb. Şəhərsalma qayda-qanunu var ki, hər məhəllədə məktəb, uşaq bağçası, mağazalar, poçt, yaşıllıq olmalıdır. Bizdə isə bu qayda-qanun gözlənilmir. Bu problemin həlli üçün hansısa tədbirlər görmək isə dövlətin işidir, hər hansı qeyri-hökumət təşkilatının yox. Şəhər və qəsəbələrdə olan yaşıllıqlar bir qayda olaraq meşə fonduna daxil olmayan yaşıllıqlardır. Meşə fonduna daxil olmayan ağac və kol əkililərinin qanunsuz kəsilməsinə görə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində inzibati və cinayət məsuliyyəti müəyyən edilib. Əgər sahibkara tikinti aparması üçün müəyyən sərəncam  verilibsə, həmin tikinti ərazisində olan yaşıllıqlar qanunvericilikdə göstərilmiş qaydada götürülməli və ya köçürülüb başqa ərazidə əkilməlidir və s. Bu, qanunvericiliklə detallı olaraq tənzimlənir.  Bu qaydaların pozulması sərt cəzalara səbəb olur.


Etiketlər:  Dünyanın Azərbaycanın yaşıllıq imtahanı nəfəsimizi niyə kəsirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ