Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə binasında qanlı qarşıdurma: Müttəhimin nəzarətçilərə hücum anı kamerada - VİDEO

Məhkəmə binasında qanlı qarşıdurma: Müttəhimin nəzarətçilərə hücum anı kamerada - VİDEO

Tarix: 10 Iyun 2022 17:16

Rusiyada məhkəmə binasında müttəhim nəzarətçiyə və məhkəmə icraçısına silahlı hücum edib. Baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Rostovda müttəhim İvan Kostyukovu məhkəmə binasından çıxarmaq istəyərkən baş verib. Kadrlarda ilk olaraq dəhlizdə müttəhimlə nəzarətçi arasında mübarizə görünür: Kostyukov əlindəki iti əşya ilə hüquqmühafizəçiyə azı 15 dəfə vurur (Onun iti əşyanı necə gətirə bildiyi məlum deyil), nəticədə nəzarətçi huşunu itirir. Bundan sonra müttəhim zərərçəkənin silahını götürür, onu doldurub qaçmağa çalışır. Bundan sonra o, məhkəmə icraçısı isə qarşıdurmaya girir. Kadrlarda onlar arasında atışma anı və hüquq-mühafizə orqanının əməkdaşının yaralanması əks olunub.

Bununla belə Kostyukov məhkəmə zalını tərk edə bilmir. Onun özü də yaralanır və pəncərədən qaçmaq istəyərkən polis onu tərksilah edib.

Bildirilir ki, bundan sonra kişi həmçinin "həyata qəsd" maddəsi ilə ittiham olunacaq.

Məhkəmənin xəsarət alan əməkdaşlarının hazırda xəstəxanada olduğu deyilir.


Etiketlər:  Məhkəmə binasında qanlı qarşıdurma Müttəhimin nəzarətçilərə hücum anı kamerada VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ