Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elcan Rəsulov: ''Bütün diplomlarımı yandırdım'' - VİDEO

Elcan Rəsulov: ''Bütün diplomlarımı yandırdım'' - VİDEO

Tarix: 10 Iyun 2022 18:45

"Məktəbin bütün tədbirlərində aparıcılıq edirdim. Tamaşa qurmaqlarında da iştirak edirəm. Məktəbdən bilirdilər ki, mən Yasamal rayonu uşaq təşkilatına da üzvəm, tədbirlərinə gedirəm, aparıcılıq edirəm. Eyni zamanda məktəbdən bilirdilər ki, mən "Xalq teatrı"na da gedirəm. İlbəil bütün müsabiqələrdən diplomlar alırdım. Bütün diplomlarımı yandırdım!"

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri "Söz-baz" verilişinə qonaq olan aktyor Elcan Rəsulov deyib. O, illər əvvəl təhsil aldığı məktəbdən hələ inkcik qaldığını açıqlayıb:

"Məktəbdə mənim bütün attestat qiymətlərimi "3" yazdılar. Üstəlik dedilər ki, mənə hörmət edib "3" yazırlar. Həmin məktəbdən universitetə cəmi 3 ya da 4 nəfər qəbul ola bildi. Onlardan biri də mən idim. Niyə mən indi heç bir yerdə öz oxuduğum məktəbin adını çəkmirəm?"


Etiketlər:  Elcan Rəsulov Bütün diplomlarımı yandırdım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ