Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi rəngləndi - Bayraktar paylaşdı - FOTO

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi rəngləndi - Bayraktar paylaşdı - FOTO

Tarix: 11 Iyun 2022 08:16

"Baykar Savunma"nın texniki direktoru Selçuk Bayraktar Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" ilə bağlı paylaşım edib.

O paylaşımında "Bayraktar Kızılelma"nın artıq rəngləndiyini bildirib:

"Bayraktar Kızılelma"nın rənglənmiş halı ilə ilk görüntüsü".

Qeyd edək ki, qədim türk mifoloagiyasına əsasən, "Qızıl alma" türklərin, xüsusilə oğuz türklərinin hədəfinin simvoludur.

Türkçülüyün simvollarından biri olan "Qızıl alma" bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.

Milli.Az


Etiketlər:  Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi rəngləndi Bayraktar paylaşdı FOTO


RƏYLƏR