Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 23:06
Hollivud aktyoru Hyu Cekman Nyu-Yorkdakı malikanəsini satışa çıxarıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor sözügedən evdə 14 ildir həyat yoldaşı Debora Li Förnes ilə birgə yaşayıb.
3 mərtəbəli villada 5 yataq, 6 vanna otağı, sauna, fitness mərkəzi və kitabxana da var. Mülkün pəncərələrindən isə Hudson gölünün mənzərəsini izləmək mümkündür.
Cekman iqamətgahı 39 milyon dollara müqabilində yeni alıcıya satmağı planlaşdırır.