Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 11:44
Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında hər şey gözəl, inanılmaz və nağıl kimidir.
Bunu Trend-ə Sloveniya gimnastı Yekaterina Vedeneyeva bədii gimnastika üzrə dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.
O bildirib ki, Bakıda istənilən yarışın təşkili yüksək səviyyədə olur:
“Burada məşqlər və yarışlar üçün əla şərait yaradılıb, hər şey gözəl, inanılmaz və nağıl kimidir. Əbəs deyil ki, çempionatın şüarı “Nağıllar gerçəkləşəcək”dir. Əgər sən öz arzuna inanırsansa, ona doğru gedirsən”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin