Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şurnuxu sakinləri Gorusa köçür: İrəvan ÖHDƏLİYİ YERİNƏ YETİRMƏDİ

Şurnuxu sakinləri Gorusa köçür: İrəvan ÖHDƏLİYİ YERİNƏ YETİRMƏDİ

Tarix: 14 Iyun 2022 21:04

"Zəngəzurun Şurnuxu kəndi istiqamətində çəkilən alternativ yol hazırda işləmir. Elə buna görə də Şurnuxu sakinləri bu işlər yekunlaşmadığından tikintisi davam edən alternativ yolla hərəkət edə bilmirlər. Demək olar ki, hazırkı yol vətəndaşların gediş-gəlişini iflic vəziyyətə salıb".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Qərbi Zəngəzur vilayətinin icma sədri Akop Arşakyan deyib.

Kənd icra nümayəndəsinin sözlərinə görə, hazırda kəndin erməni sakinləri Gorusa getmək üçün M2 yolundan istifadə edirlər: "Gorusa getmək üçün Bazarçay və Xotan kəndindən dolayı yollardan keçməliyik. Beləliklə cəmi 40 dəqiqəlik yolu saat yarıma gedirik. Kənddə ancaq qocalar və yaşlılar qalıb. Əli çörək tutanlar Gorusa və digər yerlərə üz tutublar. Şurnuxun Azərbaycana verilən hissəsinin sakinləri də Gorusa getdilər, burada qalmaq istəmədilər. Çünki gediş-gəliş çətindir. Üstəlik, Ermənistan dövləti onlara təzminat da vermədi. Halbuki dövlət nümayəndələri deyirdi ki, sakinlərə kompensasiyalar veriləcək. Kənddə ərzaq problemi yoxdur. Amma mağazalar işləyə bilmir. Çünki ərzaq və digər məhsullar gətirən maşınlar yollarda yubanırlar. Vəziyyət gündən-günə daha da pisləşir".

Qeyd edək ki, 10 noyabr Bəyannaməsindən sonra Şurnux kəndinin 12 evlik hissəsi Azərbaycanın nəzarətinə keçib. Üstəlik, həmin kənddə və ətraf ərazidə yaşayan sakinlər Gorus və digər rayonlara getmək üçün Azərbaycanın gömrük postundan keçməlidirlər.


Etiketlər:  Şurnuxu sakinləri Gorusa köçür İrəvan ÖHDƏLİYİ YERİNƏ YETİRMƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ