Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 14:20
Bakı. Elnur Bağışov - Trend:
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ABŞ əleyhinə bir sıra layihələri araşdırır.
Trend-in məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni deyib.
H.Nəqəvi Hüseyninin sözlərinə görə, bu layihələr 22-23 sentyabrda komissiyada araşdırılacaq.
Sözçü əlavə edib ki, layihələrdən biri ABŞ-ın bəzi rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədardır.
Komissiya sözçüsü sanksiyalarla ABŞ-a qarşı sərt addımların atılacağını deyib.
Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyaların siyahısını bir neçə mərhələdə genişləndirib.
İran da buna adekvat olaraq avqust ayında ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və fondun direktoru Mark Duboviçi ABŞ-a qarşı sanksiyalar siyahısına daxil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin