Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çavuşoğludan onlara mesaj: Gözləyirik!

Çavuşoğludan onlara mesaj: Gözləyirik!

Tarix: 15 Iyun 2022 21:58

Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətlərinə gəlincə, bu ölkələr bizim narahatlığımızı nə vaxt və necə qarşılayacaqlar?

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İrlandiya və Norveç xarici işlər nazirləri ilə birgə keçirilən mətbuat konfransı zamanı deyib.

"Hazırda top onların tərəfindədir. Bir daha xatırlatmaq istəyirəm ki, biz onlardan yazılı cavab gözləyirik", - Çavuşoğlu bildirib.

O, qeyd edib ki, bu məsələni sanksiyalarla həll etmək olmaz:

"Narahatlığımız qarşılanmalıdır. Niyə NATO üzvü olmaq istədiklərini anlayırıq, çünki narahatlıqları var. Bu iki ölkənin, müdafiə sənayesindəki məhdudiyyətləri aradan qaldırması gözləntimizdir".

Milli.Az


Etiketlər:  Çavuşoğludan onlara mesaj Gözləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ