Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? - Avtobusda şok FOTO

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var? -  Avtobusda şok FOTO

Tarix: 16 Iyun 2022 11:56

Ötən gün sosial şəbəkələrdə yayılan foto cəmiyyətdə ciddi narahatlıq yaradıb. Belə ki, avtobusda sərnişinlərdən birinin qolundakı səpkilər digərlərinin diqqətini çəkib. 

Xanım sərnişinin qolundakı səpkilərin yumru və iri suluq formasında olması ağla ilk olaraq gündəmdə olan suçiçəyi və meymunçiçəyi infeksiyasını gətirib. Lakin bu, fərqli dəri xəstəliyi də ola bilər. 

Məsələ ilə bağlı narahatlıq keçirən şəxslər paylaşımın altında müxtəlif şərhlər yazaraq aidiyyəti qurumların mövcud vəziyyətə münasibət bildirmələrini tələb ediblər.

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə meymunçiçəyinə yoluxduğu iddia edilən qadının fotosu ilə bağlı məsələyə münasibət bildirib.

Milli.Az xəbər verir ki, nazirlikdən bildirilib ki, rəsmi olaraq ölkədə meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda meymunçiçəyinə yoluxan şəxs var Avtobusda şok FOTO


RƏYLƏR