Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanın baş naziri Bakıya niyə gəlmədi?

Bolqarıstanın baş naziri Bakıya niyə gəlmədi?

Tarix: 16 Iyun 2022 14:39

Bolqarıstanın baş naziri Kiril Petkovun Azərbaycana nəzərdə tutulmuş rəsmi səfəri təxirə salınıb.

Sonxeber.net bildirir ki, K.Petkov IX Qlobal Bakı Forumunda iştirak etməli, habelə Azərbaycanın təbii qazının Bolqarıstana nəql perspektivləri ilə bağlı müzakirələr aparmalıydı.

Səfərin təxirə salınması ilə bağlı Bolqarıstan hökumətinin yaydığı açıqlamada bildirir ki, bu qərarın səbəbi Bolqarıstan parlamentində ölkə büdcəsinə ediləcək dəyişikliklərin müzakirəsidir: "Cənab K.Petkov müzakirələrdə bilavasitə iştirak etməlidir".

K.Petkov Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək səfəri təxirə saldığını deyib, üzrxahlıq edib.


Etiketlər:  Bolqarıstanın baş naziri Bakıya niyə gəlmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ