Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölmək qorxusu ilə özünü kiborqa çevirən alim vəfat etdi - VİDEO - FOTO

Ölmək qorxusu ilə özünü kiborqa çevirən alim vəfat etdi - VİDEO - FOTO

Tarix: 16 Iyun 2022 17:32

Yan amiotrofik skleroz (ALS) xəstəliyi səbəbindən özünü kiborqa çevirən məşhur alim dr.Peter Skott-Morgan 64 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun ailəsi "Twitter" hesabında bildirib.

Qeyd edək ki, Britaniyanın Devon şəhərindən olan alim ölümcül xəstəliyi barədə öyrəndikdən sonra təslim olmamış və robototexnikadan istifadə edərək ömrünü uzatmaq qərarına gəlmişdi. O, "Doctor Who" ("Həkim Kim") və "Star Trek" ("Ulduz yolu") adlı fantastik seriallardan ilhamlanaraq bilik və texnologiyanın ona sağalmasına kömək edəcəyinə inandı. Bu məqsədlə bir sıra mürəkkəb və riskli əməliyyatlardan da keçdi.

Özünü "dünyanın ilk kiborqu" adlandıran həkim üz əzələlərini idarə etmək qabiliyyətini itirdikdən sonra süni intellektdən yaralandı: Gözlərinin köməyi ilə bir neçə kompyuteri idarə edirdi, xarici görünüşcə həkimə bənzəyən virtual robot isə onun sözlərini çatdırırdı.

Həkim öz müalicə yolunu "Piter 1.0"-ın sonu və "Piter 2.0"-ın başlanğıcı adlandırırdı.

Milli.Az


Etiketlər:  Ölmək qorxusu ilə özünü kiborqa çevirən alim vəfat etdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ