Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 23:38
Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.
Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.
Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.
Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş.
Faktla bağlı araşdırma aparılır.