Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 07:30
İtaliyanın Baş naziri Mario Draqi Ukrayna Prezidenti Volodomir Zelenskinin onlardan yeni silah istəmədiyini bildirib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Baş nazir bu haqda bugünkü Kiyev səfərindən sonra açıqlama verən zaman deyib.
Prezident Zelenski ilə görüşləri haqda Draqi deyib:
"Zelenski bizdən yeni silah tələb etməyib. Vəziyyətin necə olduğunu, kritikləşdiyini çatdırdı. Sovet silahlarının sursatları tükənmək üzrədir. Yeni silahların istifadəsi isə təlim tələb edir. Bəzi NATO üzvləri bu təlimləri verirlər, lakin bunun üçün zaman lazımdır".