Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nikolayevə raket zərbələri endirilib: ölən və yaralılar var

Nikolayevə raket zərbələri endirilib: ölən və yaralılar var

Tarix: 17 Iyun 2022 12:02

Ruslar Nikolayevə raket zərbələri endirdi.

Milli.Az bildirir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç öz Telegram səhifəsində məlumat verib.

"Bu gün səhər ruslar yenidən Nikolayevə raket zərbələri endirib. Yaşayış binalarına ziyan dəyib. Hadisə yerində xilasedicilər, həkimlər və kommunal xidmətlər işləyir. Atışmanın fəsadları barədə daha sonra sizə məlumat verəcəyəm", - o deyib.

Nikolayev administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Nikolayevdə 4 çoxmərtəbəli yaşayış binası və bir infrastruktur obyekti raket zərbəsindən zərər çəkib.

"Hazırda 1 nəfər ölüb, 6 nəfər yaralanıb (onlardan biri uşaqdır). Hazırda xilasetmə işləri aparılır", - o bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Nikolayevə raket zərbələri endirilib ölən yaralılar var


RƏYLƏR