Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 10:04
Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov vəzifəsindən uzaqlaşdırılaraq istefaya göndərilib.
Sonxeber.net bildirir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (Institute for the Study of War, ISW) məlumat yayıb.
Məlumata görə, A.Serdyukovun cəzalanmasının səbəbi Ukraynadakı müharibədə rusiyalı desantçıların sıralarında çox böyük və kütləvi itkilərin olmasıdır.
2014-cü ildə Krımın ilhaq əməliyyatına komandanlıq etmiş A.Serdyukov sonradan Rusiyanın Suriyadakı hərbi qruplaşmasına rəhbərlik etmişdi. Bu ilin yanvarında isə o, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana yeridilmiş kontingentinin komandanı olmuşdu.
A.Serdyukovun yerinə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin qərargah rəisi, general-polkovnik Mixail Teplinski təyin olunub. M.Teplinski əslən Ukraynanın Donetsk vilayətindəndir.