Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: OPEK+ ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur

Nazir: OPEK+ ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur

Tarix: 19 Sentyabr 2019 19:18

Bakı. Kəmalə Məmmədli - Trend:

Səudiyyə Ərəbistanında baş vermiş son hadisələrlə əlaqədar OPEK+ təşkilatının təcili iclasını çağırmağa ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib.

Nazir bildirib ki, neft bazarlarındakı hazırkı vəziyyət OPEK baş katibi Məhəmməd Barkindo ilə telefon danışığı zamanı müzakirə olunub: “Əgər ilk günlərdə təcili iclas məsələsi gündəmə gəlmişdisə, hazırda buna ehtiyac yoxdur”.

P.Şahbazov əlavə edib ki, hazırda neft tədarükü ilə bağlı problem yoxdur və neft qiymətləri stabildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir OPEK ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur


RƏYLƏR