Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

45 gün günəş çıxmır, çayları qırmızı axır - Burada 18 min məhbus ölüb - FOTO

45 gün günəş çıxmır, çayları qırmızı axır - Burada 18 min məhbus ölüb - FOTO

Tarix: 18 Iyun 2022 19:12

Şimal qütbünün ən ucqar şəhəri olan Norilskdə ilin son iki ayı, təxminən 45 gün qaranlıq keçir və ürpədici keçmişə sahibdir. Dünyanın ən çirkli 10 şəhəri arasında yer alan Norliskdə çaylar qırmızı rəngdədir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Rusiyanın şərqində - Sibirin Krasnoyarsk vilayətində yerləşən 170 mindən çox insanın yaşadığı kiçik şəhər planetin ən ucqar yaşayış yerlərindən biridir.

Şəhər salınarkən 18 000 məhbusun öldüyü keçmiş sovet əsir düşərgəsinin üstündə tikilmiş Norilsk avtomobil yolu ilə çatılmayacaq qədər çox uzaqdır.

Demək olar ki, bura gedən heç bir yol yoxdur.

Şəhərin içərisində və xaricində yalnız bir yük dəmir yolu xətti var və 40 mil uzaqlıqdakı liman şəhəri Dudinka qışda donsa da, qalan vaxtlarda dəniz yolu ilə şəhərə nəqliyyatı təmin edə bilir. Bu da gediş-gəlişi mümkünsüz edir.

İl boyu yeganə çıxış yolu 1800 mil məsafədə yerləşən Moskvadan beş saatlıq uçuşdur.

Norilsk bu gün Rusiyanın ən çirkli şəhəridir. Eyni zamanda, planetin ən çirkli on şəhərindən biridir. Şəhərdəki nikel zavodundan hər il atmosferə iki milyon tondan çox zəhərli qaz, o cümlədən kükürd dioksidi, azot oksidləri, karbon, fenollar və s. ifraz olunur. Ümumi qlobal kükürd dioksid emissiyalarının təxminən bir faizi bu şəhərdən gəlir.

Şəhərdə çirklənmə səviyyəsi orta ömür müddətini 59 ilə qədər azaldır. Bölgədə xərçəng nisbətləri də Rusiyanın qalan hissəsindən iki dəfə çoxdur.

Tibbi araşdırma göstərir ki, digər bölgələrdə yaşayan azyaşlılarla müqayisədə Norilskdə uşaqlarda qan xəstəliklərinə tutulma 44 faiz, sinir sistemi pozğunluqları 38 faiz, sümük və əzələ xəstəlikləri isə 28 faiz daha yüksəkdir.

2016-cı ilin sentyabrında şəhərin yaxınlığındakı Daldıkan çayı qan qırmızısına çevrilmişdi. Bəzi yerli sakinlər bu hadisəni "Yaxınlaşan dünya müharibəsi haqqında Tanrının mesajı" hesab etmişdilər.

Zavodun keçmiş işçisi Yevgeni Belikov "ABC News"a bildirib ki, obyektə yaxın olan su anbarı oxşar rəngdədir və işçilər onu "Qırmızı dəniz" adlandırırlar.

"Qışda qar da qırmızı olur. Bir tərəfdən gözəldir, digər tərəfdən kimyəvidir", - Yevgeni deyir.

XX əsrin əvvəllərində bölgədə zəngin yataqlar aşkar edilib. Norilskdən bir qədər kənarda dünyanın ən böyük metallurgiya və dağ-mədən kompleksi yerləşir.

Beləliklə, Norilsk dünyanın ən çirkli şəhərlərindən biridir. Turşu yağışı şəhərətrafı ərazilərdə bitki örtüyünün məhvinə səbəb olub.


Etiketlər:  gün günəş çıxmır çayları qırmızı axır Burada məhbus ölüb FOTO


RƏYLƏR