Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 14:54
Bir neçə ay mühasirədə qalan Mariupolun müdafiəni təmin edən Ukrayna Silahlı Qüvvələrinin əfsanəvi Azov alayının komandiri dəyişib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, alayın hazırki komandiri Denis Prokopenko əsirlikdə olduğu müddətdə onun vəzifələrini əvvəllər alayın ikinci batalyonuna rəhbərlik etmiş Nikita Nadtoçi yerinə yetirəcək.
"Bir-İki" ləqəbli Nadtoçi ümumilikdə 8 ildir ki, orduda xidmət edir və Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan sonra digər döyüşçülərlə birlikdə Mariupolun müdafiəsinə yollanıb.