Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 18:08
Rusiya Ukraynaya qarşı müharibədə ən azı müəyyən nəticələr əldə etmək üçün öz əsgərlərindən yem kimi istifadə edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq Ukrayna üçün vətəndaşın həyatı yüksək qiymətləndirilir:
"Rus propaqandaçıları narahatdırlar ki, Ukraynanın müdafiəçiləri cəbhəyə göndərilməmişdən qabaq xaricdə təlim keçəcəklər. Rusiyada səfərbərliyə çağırılanlar heç yerdə təlim keçmirlər və onları dərhal ölümə göndərirlər".