Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 19:16
Giresunda minarəsi samovar şəklində olan Yaşıl Məscidin inşası tamamlanıb.
Vilayətin Eynəsil rayonundakı ibadətgahın əsası 1987-ci ildə qoyulub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yaşıl Məscid Səlcuq və Osmanlı memarlığından ilhamlanaraq layihələndirilib.
Yerli dərnəyin sədri Ayhan Tufanoğlu minarənin formasını yerli çay ənənələrinin təbliği ilə izah edib.
"Bura çayın məmləkətidir. Beş çay fabrikimiz var. Biz çayımızı tanıtmaq, təbliğ etmək istədik. Samovarda çay içməyin başqa mənası var. İnsanlar samovarın ətrafına toplaşır. Bu baxımdan samovar insanları birləşdirən yaxşı bir rəmzdir"., - deyə o, bildirib.