Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ancelinadan sonra o da Ukraynaya getdi - VİDEO - FOTO

Ancelinadan sonra o da Ukraynaya getdi - VİDEO - FOTO

Tarix: 20 Iyun 2022 20:55

Hollivud ulduzu Ben Stiller Ukraynanın Lvov şəhərinə gedib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sosial mediada aktyorun şəhərdə çəkilən görüntüləri yayılıb. Ben özü isə BMT-nin xoşməramlı səfiri kimi gəldiyi Polşa sərhəddində Ukraynadan olan qaçqınlarla görüşdüyünü bildirib.

"Milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb, onların 90%-dən çoxu qadın və uşaqlardır. Mən öyrənmək, müharibənin insana təsirini göstərən hekayələri bölüşmək və həmrəylik çağırışlarını gücləndirmək üçün buradayam.

Polşanın Medika sərhədi yaxınlığında Ukraynadakı müharibədən qaçan, yaxınlarını geridə qoyub nə vaxt evə qayıda biləcəkləri və ya geri dönəndə evləri olacaqları barədə heç bir fikri olmayan ailələrlə tanış olmaq şansım oldu" - deyə, o, paylaşımlarında yazıb.

Qeyd edək ki, 2 ay bundan əvvəl Hollivud ulduzu Ancelina Coli də sözügedən şəhərdə olub.


Etiketlər:  Ancelinadan sonra Ukraynaya getdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ