Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həmvətənlərimiz Ukraynada təltif olundular - FOTO

Həmvətənlərimiz Ukraynada təltif olundular - FOTO

Tarix: 20 Iyun 2022 22:34

Ukraynanın Nikolayev şəhərində müharibə zamanı şəhərin müdafiəsində göstərdikləri xidmətə görə bəzi soydaşlarımız fəxri fərmanla təltif ediliblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, cənub cəbhəsində ön xətt hesab edilən Nikolayev meri Oleksandr Senkevic Ukrayna Azərbaycanlıları Radasının vilayət üzrə təmsilçisi Zaur Ağabəyov və onun şəhər Radasının deputatı olan oğlu Ramil Ağabəyovu şəhərin müdafiəsində göstərdikləri xidmətlərə görə fəxri fərmanla təltif edib.

Ukrayna vətəndaşı olan soydaşlarımız Rusiyanın Ukrayna üzərində başladığı hərbi əməliyyatlar zamanı xüsusilə humanitar yardımlarda aktiv iştirak ediblər.

Milli.Az


Etiketlər:  Həmvətənlərimiz Ukraynada təltif olundular FOTO


RƏYLƏR