Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkədə kompüter istehsalı azalıb

Ölkədə kompüter istehsalı azalıb

Tarix: 21 Iyun 2022 22:12

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-may aylarında 81,7 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 56,7 faiz artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 4,3 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,5 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 36,2 faiz artıb.

Milli.Az


Etiketlər:  Ölkədə kompüter istehsalı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ