Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 15:32
Uzun müddətdir müzakirə olunan Rəqabət Məcəlləsi yeni formada hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Layihə Milli Məclisin payız sessiyasında da müzakirəyə çıxarılacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, rəqabət məcəlləsinin hazırlanmasının əsas məqsədi bazarda azad rəqabəti bütün sahibkarlar üçün eyni səviyyədə tətbiq etməkdir.
Millət Vəkili məcəllənin ölkədə qiymət siyasətinə də müsbət təsir edəcəyi qənaətindədir.
İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, sözügedən sənəd mülki və vergi məcəlləsi qədər vacibdir. Ekspertin qənaətinə görə, bu layihə azad rəqabəti formalaşdıracaq və nəticədə bazarda alıcıların tələbatına uyğun keyfiyyətli və ucuz məhsullar təklif ediləcək.
Ekspertin fikrincə, Rəqabət Məcəlləsində əksini tapan əsas məsələlərdən biri də süni qiymət artımına qarşı mübarizə tədbirləri olmalıdır.