Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taxıl biçini ilə bağlı əhaliyə xoş xəbər - VİDEO

Taxıl biçini ilə bağlı əhaliyə xoş xəbər - VİDEO

Tarix: 22 Iyun 2022 16:38

Bu il ölkə üzrə 1 milyon hektara yaxın sahədə taxıl əkini həyata keçirilib. Hazırda arpa biçini sürətlə davam edir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir. Növbəti aydan isə buğda biçini intensivləşdiriləcək. Bugünə qədər hələ ki, biçin az sahədə aparılıb. Hava şəraiti ilə əlaqədar qərb rayonlarında proses bir qədər ləngiyir. Dağlıq ərazilərdə isə taxıl biçininə avqust ayında start veriləcək. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda ölkə üzrə taxıl biçini uğurla davam edir. Bu il ümumilikdə 1 milyon hektara yaxın sahədə buğda və arpa əkini həyata keçirilib.

Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, ilkin olaraq arpa sahələrində biçin aparılır. 

Şöbə müdiri əlavə edib ki, hazırda kütləvi arpa biçini aran rayonlarında gedir. Prosesə 1371 kombayn cəlb edilib. Kənd təsərrüfatı nazirliyi tərəfindən biçinlə bağlı qərargah da yaradılıb. Daxil olan müraciətlər əsasında kombaynlar lazimi yerlərə yönləndirilir.

Vüqar hüseynov əlavə edib ki, arpadan sonra buğda biçini həyata keçiriləcək. 

Şöbə müdiri əlavə edib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar qərb rayonlarında biçin prosesi hələ ki plana uyğun getmir, müəyyən ləngimələr var. Havalar normallaşan kimi prosesə start veriləcək. Ümumilikdə isə biçinin iyulun sonuna yekunlaşması planlaşdırılır. Dağlıq ərazilərdə isə prosesə avqust ayında start veriləcək. 

Milli.Az


Etiketlər:  Taxıl biçini ilə bağlı əhaliyə xoş xəbər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ