Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 18:40
"Bəzi həmkarlarım var ki, özlərini göstərmək üçün deyirlər ki, "Biz əyləşmişdik, birdən yadımıza düşdü ki, Lalə Məmmədova var. Mələhətləşdik, qərara gəldik ki, oxumağa səni dəvət etsinlər toya. Çox gülməli şeylərdir. Sadəcə gülüb keçirəm".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi həmkarlarından gələn "Səni filankəsin toyuna salmışam, get oxu" təkliflərini məsxərəyə qoyub:
"Onsuzda mən məclisə girəndə, başa düşürəm ki, burada məni dinləyənlərdi. İstəyiblər, çağırıblar yoxsa, yox. Artıq bu kimi şeyləri hiss edib, görürəm. Kimsə öz yerini yaxşı etmək üçün "Mən bu təklifi ev yiyəsinə etdim" deyəndə, qarşısında duranın kimliyini unudur. Axı mən 20 il əvvəlki Lalə Məmmədova deyiləm. Gəlib kiminsə məni yadına salmaq çox gülüncdür".