Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2022 19:52
Rusiyanın Krasnodar diyarında atışma baş verib, nəticədə 28 yaşlı gənc ölüb.
Sonxeber.net bildirir ki, müşahidə kameralarının görüntülərini SHOT telegram kanalı yayıb.
Bütün bunlar Apşeronsk şəhərində, 28 yaşlı Sergeyin gəldiyi "Marko Haus" müəssisəsində baş verib. Qonaq ləzzətli nahar etməyi planlaşdırsa da, onun dincliyini 54 yaşlı Kamo pozub. Adam ov tüfəngi ilə gəlib və gənci iki dəfə güllələyib. İş burasındadır ki, Sergey uzun müddət borcunu qaytarmırdı, SHOT yazır.
BQXK-nın regional İstintaq Komitəsi atəş açan şəxsin oğlu ilə 28 yaşlı mərhum arasında uzun müddətdir ki, münaqişənin olduğunu aydınlaşdırıb. Hazırda şübhəli şəxs həbsdədir. Eyni zamanda, Rusiya Qvardiyasının Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, o, silahın sahibi olmayıb. İndi onu ciddi cəza gözləyir, "Qətl" maddəsi ilə cinayət işi açılıb.
İrfan Vəliyev