Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada Rusiyanın daha bir "Su-25" təyyarəsi VURULDU

Ukraynada Rusiyanın daha bir

Tarix: 24 Iyun 2022 23:56

Ukrayna əsgəri Rusiyanın "Su-25" hücum təyyarəsini vurub.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunları məlumat yayıb.

"Bu gün, iyunun 24-də istiqamətlərdən birində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin 79-cu xüsusi hava hücumu briqadasının hava hücumundan müdafiə bölməsinin hərbçisi Rusiyanın "Su-25" "Qraç" hücum təyyarəsini uğurla vurub". məlumatda deyilir.

Təyyarənin "İqla" portativ raket sistemindən vurulduğu dəqiqləşdirilir.

Xatırladaq ki, ötən həftə Rusiyanın "Su-25" təyyarəsi Donbassda vurulmuşdu, o da "İqla" sayəsində endirilmişdi. Daha sonra rus pilotun əsir götürüldüyü məlum olub. (publika.az)

Milli.Az


Etiketlər:  Ukraynada Rusiyanın daha bir Su 25 təyyarəsi VURULDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ