Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1000-dən çox abonentin qaz təchizatında fasilə olacaq

1000-dən çox abonentin qaz təchizatında fasilə olacaq

Tarix: 20 Sentyabr 2019 13:57

Bakı. Samir Əli - Trend:

Qusar-Xudat yolunun sol tərəfindən keçən diametri 219 mm olan qaz xəttinin 150 metrlik hissəsinin yeri dəyişdirilir. Bu işə bu gün səhər saatlarından start verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, təmir müddətində, həmin ərazidə yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları aşkarlanan qaz sızmalarının ləğvi işlərini də icra edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  1000 dən çox abonentin təchizatında fasilə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ