Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO

Bu avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO

Tarix: 25 Iyun 2022 14:08

Bakıda köhnə avtobusların ənənəvi problemi hələ də davam edir. Paytaxt ərazisində kondisioneri olmadan sərnişindaşıma ilə məşğul olan bəzi nəqliyyat vasitələrinə yenə rast gəlirik.bu isə sərnişinlərin  narazılığına səbəb olur. Bəs bu problem nə vaxt həll olunacaq? Məsələyə aidiyyəti qurum da münasibət bildirib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzilərində var, bəzilərində isə yox.

Havaların isinməsi ilə birlikdə avtobuslardakı  kondisioner problemi yenidən gündəmə gəlib...İstər şəhərdaxili istərsə də kənd və qəsəbələrə sərnişindaşıma ilə məşğul olan köhnəlmiş nəqliyyat  vasitələrinin əksəriyyətində kondisioner yoxdur. Sərnişinlər deyirlər ki, bu problem isti havalarda onlara üçün dözülməz vəziyyət yaradır.

Sürücülər çıxış yolunu xəttə yeni avtobusların buraxılmasında görürlər...

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə "Xəzər Xəbər"ə bildirdi ki, Bakıda avtobus parkının yenilənməsi ilə bağlı daşıyıcı şirkətlərə tapşırıq verilib.

Sərnişinlər problemin həll olunacağı vaxtı səbirsizliklə gözləyirlər.

Milli.Az


Etiketlər:  Bu avtobuslarda kondisionerlər niyə işləmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ