Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 16:35
ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı müğənni Vüsal Əliyevin itiridiyi sevdiklərinə həsr olunub.
Sonxeber.net xəbər verir ki, Vüsal Əliyev həyat yoldaşının vəfatından sonra yaşadığı ağır günlərdən danışıb:
"Qızımın 4 yaşı var idi. Onun paltarını qucaqlayıb yatırdı. Gecə saat 2-3-də paltarı əlindən götürmək istəyəndə oyanıb ağlayırdı. Mən o zaman övlad üçün ata ilə ananın müqayisəsini gördüm. Bu gün tam əminliklə deyə bilərəm ki, mənim vəzifəm nə idisə onu etdim. Ürəyim və vicdanım rahatdır".