Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 17:22
Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib.
O bildirib ki, təcrübəli forvard Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır.
Son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.
Qeyd edək ki, daha əvvəl "Sabah" klubunun baş məşqçisi Murad Musayev təcrübəli forvardla maraqlandıqlarını, hətta ona təklif göndərdiklərini bildirib.