Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 08:30
Belarus qoşunları Ukrayna ilə həmsərhəd rayonlarda təxribat törədə bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Volın və Polesye istiqamətlərində Belarus silahlı qüvvələrinin Ukrayna ilə həmsərhəd ərazilərdə nümayişkaranə və təxribat xarakterli hərəkətləri, eləcə də qoşunlarımızın mövqelərini və fəaliyyətinin mahiyyətini aydınlaşdırmaq üçün kəşfiyyatın gücləndirilməsi istisna edilmir", - Baş Qərargahda vurğulanıb.
Baş Qərargah Belarus ərazisindən və hava məkanından raket zərbələrinin davam etdiriləcəyini gözlədiyini açıqlayıb.