Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 08:48
Almaniyanın "Lufthansa" aviaşirkəti 3000-dən çox reysi ləğv etdiyini açıqlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, şirkət bunu işçi çatışmazlığı ilə izah edib. Bildirilib ki, koronavirus məhdudiyyətlərinin ləğvindən sonra təyyarə istifadəçilərinin sayı kəskin artıb.
Əvvəlki həftələrdən fərqli olaraq uçuşların ləğvi həftənin bütün günlərinə şamil edilir. Bundan ən çox Frankfurt və Münxen limanları əziyyət çəkir.
"Lufthansa"nın törəməsi olan "Eurowings" də ay ərzində minədək uçuşu ləğv edib.