Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Burakdan Fahriyeye bahalı jest - FOTO

Burakdan Fahriyeye bahalı jest - FOTO

Tarix: 28 Iyun 2022 15:38

Türkiyənin məşhur aktyoru Burak Özçivit ikinci dəfə ana olmağa hazırlaşan həyat yoldaşı Fahriye Evcene bahalı jest edib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, serial və kino ulduzu xanımına ev bağışlayacaq. 

Doğum hədiyyəsi olaraq ev alacağını açıqlayan Burak Özçivit tikintidə görüntülənib. 

İddiaya görə, Burak evinin yanındakı böyük ərazini alıb və tikinti şirkəti ilə razılığa gəlib.

Müqaviləyə əsasən, ümumilikdə altı villadan ibarət layihədə üç villa məşhur aktyora məxsus olacaq.

Özçivit bununla da, xanımına körpə müjdəsi ilə bağlı hədiyyəsini vermiş olacaq. 

Layihənin tikintisinə artıq start verilib.

Milli.Az


Etiketlər:  Burakdan Fahriyeye bahalı jest FOTO


RƏYLƏR