Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizlin doğduğu körpəsinin başının kəsib öldürdü - 29 il sonra üstü açılan cinayət

Gizlin doğduğu körpəsinin başının kəsib öldürdü - 29 il sonra üstü açılan cinayət

Tarix: 28 Iyun 2022 18:38

ABŞ müstəntiqləri 1993-cü ildə öz yeni doğulmuş qızını öldürən qadını müəyyən edib saxlaya biliblər.

Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

53 yaşlı qadın xüsusi polis agentinə təslim olub və iyunun 24-də Oklahoma ştatının Hyuqo şəhərində həbs edilib. Ötən illərin cinayətlərinin araşdırılması şöbəsində meyiti 29 il əvvəl, 1993-cü il dekabrın 8-də evlərdən birinin həyətində sahibi tərəfindən aşkarlanan naməlum qızın ölümü ilə bağlı araşdırma aparılıb. Daha sonra naməlum qatilin uşağın boğazını kəsdiyi müəyyən edilib.

Oklahoma Təhqiqat Bürosunun direktoru Rikki Adams bildirib ki, ölən körpənin genetik şəcərəsinin uzun müddət davam etdirilməsi nəticəsində ana ifşa edilib. İyunun 15-də qadın DNT ekspertizası üçün bioloji materialları təhvil verməyə razılaşıb və nəticədə onun öldürülən qızın anası olması təsdiqlənib.

1993-cü ildə yarılma uşağın sağlam doğulduğunu və iti bir cismin aldığı yaradan dəqiq öldüyünü göstərdi. İstintaq müəyyən edib ki, həmin vaxt qadın uşaq bağçasında işləyib və hamiləliyini başqalarından gizlədib. Qızı dünyaya gələndən sonra anası onunla məşğul olub və onu yaşadığı evin həyətində basdırıb.

Qadın tutulub və birinci dərəcəli qətldə ittiham olunub.

İrfan Vəliyev


Etiketlər:  Gizlin doğduğu körpəsinin başının kəsib öldürdü sonra üstü açılan cinayət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ