Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsxanasında yanğın - 49 nəfər həlak oldu

Həbsxanasında yanğın - 49 nəfər həlak oldu

Tarix: 28 Iyun 2022 22:04

Kolumbiyanın cənub-qərbindəki Valye-del-Kauka departamentinin Tulua şəhərindəki həbsxanada baş verən yanğında azı 49 məhbus həlak olub.

Kolumbiya milli həbsxana agentliyinin (INPEC) rəhbəri Tito Kastelyanosun sözlərinə görə, gecə iğtişaşları zamanı məhbuslar döşəkləri yandırıblar və bundan sonra alov həbsxananın əksər hissəsinə yayılıb.

Nəticədə 49 nəfər həlak olub, 30 nəfər yaralanıb, onlarla insan təxliyə edilib.

İlkin araşdırmalar göstərir ki, yanğın gecə saat 1:00-dan sonra başlayıb, Tuluadan yanğınsöndürənlər tez bir zamanda yanğını söndürməyə gəlsələr də, qurbanların çoxu tüstüdən zəhərlənərək ölüb.


Etiketlər:  Həbsxanasında yanğın nəfər həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ