Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pələng çobanı parçaladı

Pələng çobanı parçaladı

Tarix: 29 Iyun 2022 18:32

Hindistanın Uttar Pradeş ştatının Lakhimpur şəhəri yaxınlığında adamyeyən pələng sürüləri otaran yeniyetməni parçalayıb.

Sonxeber.net bildirir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

14 yaşlı Suray Sinqh axşam saatlarında mal-qaraya gedib və geri qayıtmayıb. Daha sonra onun yarı yeyilmiş cəsədi meşədə tapılıb. Gənc oğlan son iki ildə pələngin öldürdüyü 20-ci şəxs olub.

Dadva Pələng Qoruğunun yaxınlığındakı kəndlər daim qorxu içində yaşayırlar. Yerli sakinlər hesab edir ki, hakimiyyət problemi həll etmək üçün heç nə etmir.

Eyni zamanda Meşə Təsərrüfatı Departamentinin nümayəndələri bildiriblər ki, yırtıcı heyvanın axtarışı üçün kamera tələləri və yemləri olan 8 qəfəs quraşdırılıb. Qoruğun sahə direktoru Sanjay Patak, insanlara dəfələrlə evdə qalmağın və fövqəladə hallarda yalnız qrup halında hərəkət etmənin tövsiyə edildiyini söylədi.

İrfan Vəliyev


Etiketlər:  Pələng çobanı parçaladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ