Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Latviya ilə hərbi əməkdaşlıq müzakirə olundu

Latviya ilə hərbi əməkdaşlıq müzakirə olundu

Tarix: 30 Iyun 2022 14:12

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Latviya ilə hərbi əməkdaşlıq müzakirə olundu


RƏYLƏR