Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Krasnodar” məmuru döyən futbolçu ilə yolları ayırdı

“Krasnodar” məmuru döyən futbolçu ilə yolları ayırdı

Tarix: 20 Sentyabr 2019 23:00

Rusiyanın “Krasnodar” klubu bir neçə gün əvvəl həbsdən çıxan futbolçusu Pavel Mamayevlə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Pavellə yaşanan vəziyyət çox ağrılı idi. Bütün normal insanlar kimi biz də bunu dərindən hiss etdik. Bu qəmaq azarkeşlərimizin yaddaşında qalacaq” - deyə klubun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Mamayev digər rusiyalı futbolçu Aleksandr Kokorinin və onun qardaşı Kirill Kokorinlı birgə ötən il oktyabrın 11-də həbs edilmişdilər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunublar.

 


Etiketlər:  Krasnodar məmuru döyən futbolçu ilə yolları ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ