Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 02:36
ATV-nin "Bizimləsən" proqramında bu dəfə Şəhid Nadir İlqar oğlu Rzayevin qəhramanlığından bəhs olunub.
Sonxeber.net xəbər verir ki, 1994-cü il təvəllüdlü Şəhidin anası canlı efirdə övladından danışaraq qürur hissi keçirdiyini bildirib:
"Mən, öz sözünü deyən, əməyi ilə 7 ilini, gəncliyini hərbiyə qurban edən bir oğulun anasıyam. 7 ilini soyuq səngərdə keçirən, bayram aşı yeməyən, evində olmayan bir oğulun anasıyam. Nadir çox xeyirxah uşaq idi. Tanıyanlar bilir ki, onun maaşı, yaxınların, uşaqların təhsilində, xəstələrə köməkdə olub. Ən çətin təlimlərdə hər zaman özünü önə verib. Onun heç nəyi olmuyub. Hər zaman Vətəni üstün seçib. Nadir heç vaxt arxada gedən olmayıb. Ya öndə gedib, ya da yanlarında.
Hər dəfə desəm də ki, evin bir oğlusan, məni kimə əmanət edirsən? Bircə sözü olub ki, Allaha. Mən oğlumun üzərində olan bayrağı, Şəhidlərin qanı olan bayrağı saxlamışam. Bayrağı bayraq edən, Nadir kimi Şəhid oğlanların qanıdır".