Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2019 02:15
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Roman Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 24-də davam edəcək.
İttihama görə, bu il Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Şıx qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan Roman Hacıyevin idarə etdiyi 90-CT-983 dövlət qeydiyyatı nişanlı "Mercedes" markalı avtomobil yola çıxan piyadaları vurub. Nəticədə 2001-ci il təvəllüdlü Cəfərov Roman Füzuli oğlu xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Rəhimov Vahid Zöhrab oğlu isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
R.Hacıyevə Cinayət Məcəlləsinin 263.1-3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin