Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aİ və Yeni Zelandiya azad ticarət sazişi imzalayıb

Aİ və Yeni Zelandiya azad ticarət sazişi  imzalayıb

Tarix: 2 Iyul 2022 08:30

Avropa İittifaqı ilə Yeni Zelandiya arasında imzalanan azad ticarət sazişi dövriyyəni 30% artırmağa imkan verəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

"Bu müasir və ciddi saziş müəssisələrimizə, fermer və istehlakçılara yeni imkanlar yaradacaq. Bununla belə, saziş bizim qarşımızda ekologiya ilə bağlı yeni öhdəliklər də qoyur" - deyə Lyayen bildirib.

Yeni Zelandiyanın baş naziri Jasinda Ardern sazişin kiçik və orta sahibkarlar üşün daha səfəli olduğunu bildirib.

Yeni sazişə görə, ikitərəfli ticarət dövriyyəsi hər il 1 milyard avro artacaq. İllik dövriyyə 4 milyard avroya yüksələ bilər.

Milli.Az


Etiketlər:  Yeni Zelandiya azad ticarət sazişi imzalayıb


RƏYLƏR